Ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Hazırda ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı 127 min 183 nəfərdir.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, bu ilin I yarımili üzrə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı isə 12 min 813 nəfər olub.


Onlardan 6840-ı Rusiya Federasiyası, 1704-ü Gürcüstan, 1954-ü Türkiyə, 336-sı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 318-i Ukrayna, 1661 nəfəri isə digər ölkələrdən gələn əcnəbilərdir.

Həmçinin, müvəqqəti olma müddətinin uzadılması və iş/yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında da azalma müşahidə olunub. Belə ki, cari ilin ilk 6 ayında 3237 nəfər bu xidmət üçün müraciət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir.

Teqlər: