2022-ci il yanvar-oktyabr aylarında 173 qadın sahibkara 6 milyon manatdan çox güzəştli kredit verilib.
AzerTimes xəbər verir ki, bunu bu gün Sahibkarlığın İnkişafı Fondunun tərəfdaşlarla iş üzrə şöbəsinin rəhbəri İsmayıl Hüseynov “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumu çərçivəsində “Rəqəmsallaşmaya və iqtisadiyyatda yeni keyfiyyətə keçiddə dövlət orqanları və özəl sektorun əməkdaşlığı” adlı pansel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 105,6 milyon manat məbləğində güzəştli kredit verilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 44,3 faiz çoxdur.
İ.Hüseynov vurğulayıb ki, 2022-ci ildə Fond biznes subyektlərinə ümumilikdə 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.