Azərbaycanda koronavirusa 306 yeni yoluxma qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər vəfat edib.
Ölkədə indiyədək 796 882 nəfər koronavirusa yoluxub. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1 977 nəfərdir.
Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.