Ölkədə istehsal edilən bu məhsulların ümumi dəyəri açıqlandı

Ölkədə istehsal edilən bu məhsulların ümumi dəyəri açıqlandı

2022-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, həmin dəyərin 2 milyard 028,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 5,1 faiz artıb.

Teqlər: