Ölkədə ilk dəfə rəqəmsal PCR üzrə konfrans keçirildi – Foto

Ölkədə ilk dəfə rəqəmsal PCR üzrə konfrans keçirildi – Foto

14 iyun 2023 tarixində “Bayramlı Group” şirkəti tərəfindən “Decoding the dPCR Landscape: Diagnostics and Life Science Applications” adlı beynəlxalq konfrans keçirilib.

AzerTimes xəbər verir ki, konfransın əsas məqsədi “Biorad” şirkətinin istehsalı olan dPZR haqqında yerli qurumlara, özəl müəəsələr və dövlət təşkilatlarının nümayəndələrinə məlumatın çatdırılması olub. Şirkətin rəhbəri Cavid Bayramlı konfransın açılışını edib. Seminar zamanı müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislər çıxış edib.

Biorad Laborotoriyalarının regional satınalma şöbəsinin meneceri Irina Nabatchikova Biorad labarotoriyaları haqqında məlumat verib.

Biorad Laborotoriyalarının nümayəndəsi, hüceyrə biologiyası üzrə mütəxəsis Anna Lemza CFX Opus 96, QX600 cihazlarının təqdimatını etmiş və Bioraddan etibarlı PZR həlləri haqqında məlumat verib.

PZR üzrə mütəxəsis Anastasiya Sapun laborotoriyada çirklənmənin aşkarlanması və mübarizə üsulları ilə bağlı praktiki hissə keçirmiş, həmçinin onkoloji tədqiqatlarda ddPZR tətbiqi haqqında çıxış edib.

Kənd Təsərrüfatı Nazirliyinin, Baytarlıq Elmi Tədqiqat İnstitutunun, 3-cü biotəhlükəsizlik səviyyəli laboratoriyasının direktoru, aqrar elmləri üzrə doktoru, dosent Şəlalə Zeynalova Azərbaycanda PZR diaqnostikasından istifadə etməklə aparılan tədqiqatlar haqqında məlumat verib.

Biorad Laborotoriyalarının nümayəndəsi, Proteomika üzrə mütəxəsis Rafil Khairullin Bio-Rad-dan GelDoc Go Sistemi və Bio -Plex Multiplex İmmunoassay Sistemi ilə molekulyar analizin inkişafı haqqında məlumat verib.

Azərbaycan Qida Təhlükəsizlik İnstititu Analtik Ekspertiza Mərkəzi Labarotoriyalarının direktoru İlahə Əliyeva Zoonoz xəstəliklərin diaqnostikasında PZR-ın rolu haqqında məlumat verib.

Xorvatiya Baytarlıq İnstitutunun Quşçuluq Mərkəzi və quşlar üzrə Milli istinad laboratoriyasının quş qripi və nyukasl xəstəliyi üzrə rəhbəri Vladimir Saviç Sağlamlıq kontekstində İnfluenza A nın rolu mövzusunda məlumat verib.

Bayramlı Group şirkətinin satınalma şöbəsinin direktoru Fidan Əhmədova Bitkilərdə GMO Analizi haqqında məlumat verib.

Bakı Dövlət Universitetinin nümayəndəsi Nurlan Əmrahov bitki patogenlərinin aşkarlanması və diaqnostikasında rəqəmsal PZR-ın rolu haqqında məlumat verib.

15 iyun tarixində, Vladimir Saviç “Hacıqabul Quşçuluq” MMC-nin rəhbəri Nemət Babaşovun dəvəti ilə Bayramlı Group MMC-nin əməkdaşları ilə birlikdə müəssədə olub. Səfər zamanı, qonaq, personala seminar keçirmiş və onların suallarını cavablandırılıb. Gün ərzində, müəssənin işi ilə yaxından tanış olub və onun fəaliyyətini yüksək qiymətləndirib.

Teqlər: