Ölkədə avtomobil benzininin istehsalında azalma

Ölkədə avtomobil benzininin istehsalında azalma

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 0,9 faiz azalıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2885,9 milyon manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,1 faiz azalıb.

Yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7 faiz artıb, avtomobil benzininin istehsalı 0,9 faiz, dizel yanacağının istehsalı 23,3 faiz, neft koksunun istehsalı 30,3 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, sürtkü yağlarının istehsalı isə 36,5 faiz azalıb.

Teqlər: