Xəbər - Samir Əli – Trend:
Bu ilin 6 ayı ərazində Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.
AzerTimes-ın məlumatına görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
O bildirib ki, hesabat dövründə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfər cinayət məsuliyyətinə cəlb edilib: “Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanıb məhv edilib”.