Ölkədə 30-40 min ovçu var – Zooloq

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ölkədə 30-40 min ovçu var, birdən-birə bu qədər insana ovla bağlı qadağanın qoyulmasını onların hüquqlarının pozulması kimi qəbul edilər.

AzerTimes-ın məlumatına görə, bunu zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Təbiətdəki vəhşi heyvanların ovlanmasının əleyhinə olduğunu açıqlayan E.Əsgərovun sözlərinə görə, ovçuluq fəaliyyəti ölkə qanunvericliyində öz əksini tapıb: “Azərbaycanda təxminən 10 il ərzində quş qripinə görə müəyyən quşların ovuna qadağa qoyulmuşdu, amma buna baxmayaraq, ov etmənin kökü kəsilmədi. Biz yenə də yol kənarlarında həmin quşların ov edilərək satıldığını görürdük”.

Teqlər: