Ölkə üzrə üzgüçülük məşqçiləri üçün seminar keçirilib (FOTO)

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə
ölkə üzrə üzgüçülük məşqçiləri üçün seminar keçirilib.

Tədbiri açan Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti
Xanlar Fətiyev seminar iştirakçılarını salamladı və uğurlar
arzuladı. Fətiyev bildirdi ki, ölkədə həm həcminə, həm də inkişaf
istiqamətinə görə bir ilk olan bu seminar federasiyanın yeni tərtib
etdiyi inkişaf konsepsiyasının bir hissəsidir:

“Ölkə başçısı Azərbaycanda su idman növlərinin daha da inkişaf
etdirilməsini qarşımıza məqsəd qoyub. Bunun üçün dövlətimiz
tərəfindən hər bir lazımi şərait yaradılıb. Bu istiqamət Azərbaycan
Gənclər və İdman Nazirliyi də öz dəstəyini göstərir. Biz də öz
növbəmizdə artıq yeni bir sistemlə işimizi qurmağı nəzərdə
tutmuşuq. Bunun üçün də bir sıra yenilikləretməyi planlaşdırmışıq.
Bu məqsədlə hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan
Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq
dərəcəli macar məşqçi İvan Petrovu federasiyada İdman Direktoru
vəzifəsinə dəvət etmişik və onunla müqavilə imzalamışıq. Su idman
növləri üzrə peşəkar bir idmançı olmuş, bu sahədə ən perspektivli
mütəxəssislərdən sayılan İvan Petrov ölkəmizdə si idman növlərinin
genişləndirilməsi, onun inkişafı və təbliği sahəsində öz
təcrübələri ilə bizim həm məşqçi, həm də üzgüçülərimizlə bölüşəcək”
deyə Xanlar Fətiyev əlavə edib.
Federasiyanın prezidenti onu da vurğulayıb ki, qurum yalnız Bakı və
Sumqayıt şəhərlərində deyil, bütün bölgələrdə su idman növlərinin,
o cümlədən üzgüçülüyün inkişaf etməsinin əsas prioritet hesab
edir.

“Bu gün federasiyanın yeni konsepsiyası əsasən regionlarda
üzgüçülüyün və digər su idman növlərinin daha da inkişaf
etdirilməsidir. Bu gün seminarda Bakı və Sumqayıtla yanaşı
Azərbaycanın bütün bölgələrində çalışan üzgüçülük üzrə məşqçilər
iştirak edir. Biz onlara müasir üzgüçülüyün yeniliklərini çatdırmaq
və onlar arasında daha da peşəkar məşqçilər yetişdirməkdir. Bu
məqsədlə iyul-avqust ayların Macarıstandan daha 2-3 məşqçinin
ölkəmizə dəvət olunmasını planlaşdırırıq. Onlar da si idman növləri
üzrə peşəkarladır və onlar ölkəmizdə fəaliyyət göstərən üzgüçülük
üzrə məşqçilərin peşəkarlıqlarının artırılmasına köməkli edəcəklər.
Ümidvaram ki, yaxın zamanlarda bu görülən işlərin müsbət nəticələri
özünü göstərəcək” deyə Xanlar Fətiyev əlavə edib.
Sonra seminarın treneri beynəlxalq dərəcəli məşqçi İvan Petrov öz
mühazirəsinə başladı. Müxtəlif slaydlar və video süjetlərlə,
həmçinin beynəlxalq təcrübələrdən hazırlanan çıxışlar məşqçilər
tərəfindən maraqla qarşılanır.

İki gün davam edəcək seminarda Azərbaycanda inşa edilmiş
Olimpiya Komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və
Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən
məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının 3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri
dəvət olunublar. Seminarda ümumilikdə 170-ə yaxın məşqçi iştirak
edir. Sabah da davam edəcək seminarın sonunda içtirakçilara
sertifikat veriləcək.

Teqlər: