Ölkə üzrə sentyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.
Dövlət Sosial Müdafiə Fondundan AzerTimes-a verilən məlumata görə, sentyabr ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb. Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.