Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının
pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.
Bu barədə AzerTimes-a Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar,
habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.