Xəbər - Çingiz Səfərli – Trend:
Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.
“Ümumtəhsil məktəbləri arasında distant təhsilə keçid 0,7 faiz təşkil edir. Həmçinin respublika üzrə 89 min 674 sinifdən 697-də ənənəvi tədris dayandırılmışdı. Bu da ümumi siniflərin 0,78 faiz təşkil edirdi. Artıq onlardan 155-i 2 həftəlik karantin müddəti bitdikdən sonra ənənəvi təhsilə qayıdıb, 542 sinif isə hələ də distant təhsildədir. Bu da 0,6 faiz edir. Bu günə qədər ölkədə 1 milyon 595 min 108 şagird təhsil alır, onlardan 5042 nəfəri, yəni 0,32 faizi COVİD-19 infeksiyasına yoluxub. Müəllimlər arasında yoluxma halı isə 3388 nəfərdə müəyyən edilib ki, bu da ümumi müəllimlərin 1,47 faizini təşkil edir”.
Twitter: @cingizsafarli