İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə məruzələr dinlənilmiş və ətraflı müzakirələr aparılıb.
Qeyd edilmişdir ki, ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib