Ölkə üzrə 55 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır (ÖZƏL)

Xəbər - Çinguiz Səfərli – Trend:

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə ölkə üzrə 55 təhsil müəsissəsində təmir və tikinti işləri aparılır.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təmir və tikinti işləri aparılan müəssisələrdən 7-si Bakı şəhərində, 48-i (30 rayon üzrə o cümlədən Cəbrayıl, Ağdam rayonları və Şuşa şəhəri) isə regionlardadır.


“Bunlardan 3 peşə liseyi və 4 məktəbdənkənar təhsil müəssisəsində də əsaslı təmir və tikinti işləri aparılır” – deyə məlumatda qeyd olunub.

Teqlər: