Ölkə tarixinin ən böyük intellektual turnirinə start verilir

Bilik və zəkasına güvənən gənclər “İntellektual Klubların
Gənclər Liqası”na iştiraka dəvət olunur. Respublikanın 57 şəhər və
rayonunu əhatə edəcək turnir iki ay ərzində 3 mərhələli şəkildə
həyata keçiriləcək.

İlkin mərhələdə qeydiyyatdan keçmiş komandalar yaşadıqları
rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib
komandalar növbəti mərhələdə zona finallarında yarışacaqlar.

Zona qalibləri 11-12 iyun tarixlərində Bakı şəhərində
keçiriləcək böyük final mərhələsində intellektual güclərini
sınayacaq.

Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”,
“Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarının keçiriləcək.
Ümumilikdə 6 mindən çox gəncin əhatə olunması planlaşdırılan
“İntellektual Klubların Gənclər Liqası”na qatılmaq arzusunda olan
şəxslər aşağıdakı link və ya GəncApp mobil tətbiqi vasitəsilə
qeydiyyatdan keçə bilərlər.

Link: https://genc.az/intellektual-klublarin-gənclər-liqasi/

Son müraciət tarixi 28 aprel 2022-ci il, saat 23:59-dur.

Turnir Azərbaycan gənclər siyasətinin prioritet
istiqamətlərindən olan gənclərin intellektual potensialının
inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda
Prezident İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində
Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi
haqqında gənclərin maarifləndirilməsidir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi),
Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və “Badamlı”
şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Turnirə media dəstəyi
ARB media qrupu tərəfindən təmin ediləcək.

“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə
dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994

Teqlər: