Ölkə kubokunda finalçılar bu gün müəyyənləşəcək

Bu gün Azərbaycan kuboku tunirində yarımfinal mərhələsinə yekun vurulacaq. İlk oyunda “Sumqayıt”la qolsuz heç-heçə edən “Qarabağ” bu dəfə rəqibini doğma meydanda qəbul edəcək.

AzerTimes xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma da “Gənclik şəhəri təmsilçisi” meydana optimal heyətlə çıxacaq. “Qarabağ”ın futbolçuları Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev isə matçı zədə səbəbindən buraxacaqlar. Oyun saat 17:00-da başlanacaq.

Digər oyunda isə “Zirə” “Keşlə”ni qəbul edəcək. Səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası üstünlüyünü qorumaq niyyətindədir. “Zirə”nin iki futbolçusu “Keşlə”yə qarşı oynamayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı olduğuna görə komandasına kömək edə bilməyəcək. “Keşlə”də isə legionerlər – Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq. Qarşılaşma saat 20:00-da başlanacaq.


Teqlər: