Xəbər - Samir Əli – Trend:
İyul ayı ərzində ölkə ərazisində baş verən yanğın hadisələrinin sayı 2 dəfə azalıb.
Bu barədə AzerTimes-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin şöbə rəisi, polkovnik Elman Babayev deyib.
O bildirib ki, artıq ölkə ərazisində yanğın təhlükəli ərazilər nəzarətə götürülüb: “Havanın isti keçməsi ilə əlaqədar ölkə ərazisində yanğın təhlükəsi artıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində yanğına çıxış sayında əhəmiyyətli azalma müşahidə edilir. Əgər iyun ayında gün ərzində 150-160 yanğına çıxış olurdusa, iyul ayında görülən tədbirlər nəticəsində yanğına çıxış sayları 2 dəfə azalıb”.