Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək
hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər
bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi
ehtimal olunur.

Trend xəbər
verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra
Tağıyeva bildirib.

Onun sözlərinə görə, şimal-qərb küləyi martın 25-dən 26-dək
arabir 15-20 m/s-dək güclənəcək: “Azərbaycanın rayonlarında martın
26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə
arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı,
Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın
və sel keçəcəyi gözlənilir”.

Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı
olduğunu bildirib.

Teqlər: