Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Lerikdə qarın hündürlüyü 64, Altıağacda 47, Yardımlıda 42, Xaltanda
41 santimetrə çatıb.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində şimal-qərb küləyi əsib,
bəzi bölgələrdə güclənib. Ən güclü külək Salyanda qeydə alınıb və
maksimal sürəti 33 metr/saniyəyə çatıb.

Teqlər: