Xəbər - İlhamə İsabalayeva – Trend:
İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 7979,9 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7136,9 milyon manatlıq vəsait qalıb.
2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3420,5 manat, qeyri neft-qaz sektorunda 633,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 603,4 manat, özəl müəssisələrdə isə 796,3 manat olub.