Ölkə birincisi UNEC məzunu oldu! (FOTO)

2020/2021-ci tədris ilini bakalavr dərəcəsi üzrə ölkədə ən yüksək ortalama (99,57bal) ilə bitirən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Aydan Hüseynova oldu.

Aydan Hüseynova 2017-ci ildə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Maliyyə” ixtisasına qəbul olub.

Təhsil aldığı müddətdə Mevlana mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alıb.


4 dəfə UNEC-in TOP 15 təqaüdünü qazanıb.

Teqlər: