Oljas Süleymenov Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Bu günlərdə Azərbaycanın dostları Azərbaycan xalqını Vətənin ərazi bütövlüyünü təbii sərhədlər daxilində öz gücünə bərpa etməsi münasibətilə təbrik edirlər. 8 Noyabr Azərbaycanın müasir tarixində ən parlaq, ümummilli bayrama çevrilib. Keçmiş SSRİ respublikalarının çoxu müstəqillik əldə edəndə ciddi, bəziləri isə həlledilməz problemlərlə üzləşmişdi. Siz Ali Baş Komandan kimi Azərbaycanın əsas problemini müvəffəqiyyətlə həll etməyə nail oldunuz. Bu Qələbə erməni xalqının yeni nəsillərinə də çoxdan köhnəlmiş, təhlükəli fobiyalardan xilas olmağa, qonşularla əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamağa imkan verəcək.

Azərbaycana səmimi-qəlbdən sülh və tərəqqi, dahi Heydər Əliyevin oğluna və onun ailəsinə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Teqlər: