Olimpiya oyunlarının iştirakçısı 17 yaşında həlak olub

Tunisli yelkən idmançısı, Tokio-2020 Yay Olimpiya oyunlarının
iştirakçısı Eya Gezgez məşq zamanı həlak olub.

Trend-in
məlumatına görə, 17 yaşlı idmançı ekiz bacısı Sarra ilə birgə məşq
edərkən onların olduğu yelkənli qayıq güclü külək nəticəsində
batıb. Sarra Gezgez xilas ola bilib.

Qeyd edək ki, onlar ötən il Olimpiya oyunlarında yelkən
idmanının “49er FX” kateqoriyasında iştirak edərək 21-ci yeri
tutmuşdular.

Eya və Sarra Gezgez Tokio-2020-nin ən gənc idmançılarından
idilər.

Teqlər: