Cənubi Koreyadan olan Lim Si Hyun 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında kamandan oxatma üzrə yeni dünya rekordu müəyyənləşdirib.
AzerTimes xəbər verir ki, Lim Si Hyun 2019-cu ilin dünya rekordunu qırıb.
21 yaşlı idmançı mümkün 720 xaldan 694 xal toplayaraq kvalifikasiya qazanıb.
Bu, Parisdə keçirilən cari Oyunlarda qeydə alınan ilk dünya rekordudur.