Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunlarında təhlükəsizliyi təmin etmək üçün 15 min hərbçi cəlb edəcək.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunur ki, 5 minə yaxın hərbçi şəhərin mərkəzində, Parisin 12-ci dairəsində çadırlarda yerləşdiriləcək.
Daha əvvəl nəqliyyat naziri Klement Bon oyunlar zamanı Paris regionunda hərəkətin son dərəcə çətin olacağını bildirmişdi.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 16-dək keçiriləcək.