Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq.
AzerTimes-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib:
“Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Sərfəli nəticə üçün çalışmalıyıq”.