Oyunun böyük hissəsində rəqib pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev səfərdə “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəldikləriu UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə Yunanıstan mətbuatına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi gözəl atmosferdə çətin matça çıxdıqlarını bildirib: “Bu son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir. Birinci hissədə “Olimpiakos” bizə təzyiq edib, çətin anlar yaşatsa da, topa nəzarəti əla ala bildik”.
Tərübəli oyunçu ikinci hissədə çox şeyin müsbətə doğru dəyişdiyini söyləyib: “Təfərrüatlara varmaq istəmirəm. İkinci yarıda vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən yararlanmağa başladıq”.
Qeyd edək ki, “Qarabağ” və “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.