“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.
AzerTimes xəbər verir ki, Qəbələ təmsilçisi Yunanıstan təmsilçisi “Olimpiakos”la səfər görüşünü Şimali İrlandiyadan olan hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək göstərəcəklər.
Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdə gerçəkləşən ilk oyunda Azərbaycan təmsilçisi 0:3 hesabı ilə məğlub olub.