Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la dördüncü tur oyunu öncəsi ciddi itki ilə üzləşib.
AzerTimes xəbər verir ki, Yunanıstan çempionatının yeddinci turunda OFİ ilə görüşdə müdafiəçi Qonzalo Avila sıradan çıxıb.
Komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçın 38-ci dəqiqəsində zədələnərək əvəzlənən ispaniyalı sağ cinah müdafiəçisinin durumu qeyri-müəyyəndir. Bu gün keçiriləcək tibbi müayinənin ardından 24 yaşlı oyunçunun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi müəyyənləşəcək.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.