Olimpiadanın açılışında təhqir – Yepiskoplar etiraz etdi

Olimpiadanın açılışında təhqir – Yepiskoplar etiraz etdi

Fransa yepiskopları Olimpiya Oyunlarının açılış mərasimində xristianların istehza və məsxərəyə qoyulması səhnələrini pisləyiblər. “Son şam yeməyi”nin saqqallı qadınla parodiyası bəzi izləyicilərin mənfi reaksiyasına səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə Fransa Yepiskoplar Konfransının Olimpiya oyunları ilə bağlı bəyanatında bildirilib.

“Biz müəyyən səhnələrin təxribat xarakterindən qəzəblənən bütün qitələrdəki xristianları düşünürük. İstəyirik, onlar başa düşsünlər ki, Olimpiya Oyunlarının qeyd olunması bir neçə müəllifin ideoloji ön mühakimələrindən çox kənardadır. Olimpizm insan birliyi və qardaşlığına xidmət edən hərəkatdır. Yolunuzu rəqabət meydanına verin, hamıya həqiqət, təsəlli və sevinc gətirsin!” – deyə bəyanatda vurğulanıb.

Bəyanatda Fransa yepiskopluğunu qəzəbləndirən konkret səhnələr qeyd olunmayıb. Lakin iyulun 26-da keçirilən Olimpiadanın açılışında “Son şam yeməyi”nə bənzər bir tamaşada İsa peygəmbər və həvarilərini saqqallı qadın və qadın paltarı geyinmiş kişilər əvəzləyib. Həmçinin sonunda səhnəyə qədim yunan tanrısı Dionisin obrazında mavi boyalı praktiki olaraq çılpaq bir adam çıxıb. Bəzi insanlar bu səhnələrdən qəzəblənib. Onlar hesab edir ki, transgenderlər müqəddəsləri və xristianları ələ salır.

Teqlər: