Olimpiadada qızılı əldən verən Nəsibov danışdı

Olimpiadada qızılı əldən verən Nəsibov danışdı

Qızıl medal gözləyirdim. Fikirləşirdim ki, finalda yüz faiz qızıl götürəcəyəm. Amma qismətimdə gümüş var imiş.

AzerTimes xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

67 kiloqram çəki dərəcəsində yer alan idmançı həmyerlisi Həsrət Cəfərovla qarşılaşması barədə danışıb:

“İnsanların Həsrətə qalib gəldiyim görüşdən sonra etdiyim qələbə sevinci haqqında yazdıqlarını oxumuşam. Qıraqdan nəsə demək əlbəttə ki, asandır. Amma mən həmişə öz Vətənim Azərbaycanı uca tutmuşam. Hər zaman demişəm ki, Azərbaycan mənim doğma evimdir. Həsrətlə münasibətim pis deyil. O məndən yaşca balacadır. Mənim heç bir Azərbaycan idmançısı ilə problemim olmayıb. Onu bürünc medal qazanması münasibətilə təbrik də etdim”.

O, növbəti hədəfinin Los-Anceles-2028-də qızıl medal qazanmaq olduğunu söyləyib:

“Ümid edirəm ki, Olimpiadalarda qazandığım 2 gümüşü 2028-ci ildə bir qızıla dəyişəcəyəm”.

Teqlər: