Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı şiddətli istilər səbəbindən ölən zəvvarların sayı 1100-ü ötüb.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanındakı diplomatik mənbələr məlumat yayıb.
Məlumata görə, hazırda 25-i Misir vətəndaşı olmaqla, 100-ə yaxın adam itkin düşüb.
Qeyd edək ki, bu il Məkkədə Həcc ziyarəti günlərində 52 dərəcə isti qeydə alınıb.