İki həftədir yoxa çıxan SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani ortaya çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O, Beyrutda Həsən Nəsrullahla birgə öldürülən SEPAH komandiri Abbas Nilfuruşanın cəsədinin Tehrana gətirilməsi mərasimində görünüb.
İran televizyasının mərasimdən yayımladığı xəbərdə görünən Qaaninin bu müddət ərzində harada olduğu barədə heç bir açıqlama verilməsə də, elə göstərilib ki, guya İsmayıl Qaani Nilfuruşanın cəsədi ilə birgə Livandan qayıdıb.
Qeyd edək ki, 27 sentyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Qaani ilə əlaqə kəsilmişdi.
Qeyri-rəsmi məlumatlara görə, o və başqa bir neçə SEPAH komandiri Həsən Nəsrullahın ölümü ilə bağlı saxlanılıb və dindirilib. Onun sorğu-sual zamanı infarkt keçirdiyi də iddia edilirdi. Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni isə Qaaninin İsrail casusu olduğunu bildirmişdi.