“Olaf” qasırğası Meksikanın Sakit okean sahillərində Cənubi Aşağı Kaliforniya ştatına çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Associated Press qəzeti bildirib.
Məlumata əsasən, orada şiddətli külək başlayıb və leysan yağışlar yağıb.
ABŞ Qasırğala Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər ki, küləyin sürəti saniyədə 44 metrə çatıb. Dalğanın hündürlüyü yeddi metrə qədər olub.
Sel təhlükəsi səbəbindən yerli hakimiyyət Los-Kabos şəhərindəki dövlət xəstəxanasının xəstələrini təxliyə etmək qərarına gəlib. Los-Kabos və La-Pas hava limanlarına uçuşlar ləğv edildi və limanlar kiçik gəmilər üçün bağlanıb.