2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barrel olub. Bunun 585,9 min barrelini xam neft, 118,5 min barrelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barrelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barrel həcmində olmasını nəzərdə tuturdu.
Nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barrel çox, yəni 647 min barrel istehsalına imkan yaradır.