Oktyabr ayı dünyada süd vəzi xərçəngi ilə mübarizə və qadınların maarifləndirilməsi ayıdır.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, Azərbaycanda da qadınlar arasında yayılmış xərçəng növləri içində birinci yerdə süd vəzi xərçəngi gəlir.
Süd vəzi şişi menstrual tsikl bitəndən sonra da kiçilməyən, zamanla daha da böyüyən kütlədir.
Əsas əlamətləri:
– Gilənin içəri batması
– Axıntı
– Süd vəzidə yayılmış ağrı
– Qoltuqaltında bərkimə
– Limfa düyünlərinin böyüməsi
– Süd vəzidə çökəklər olması
– Süd vəzinin rənginin dəyişməsi
– Süd vəzidə şişkinlik, istilik, qızartı
– Arıqlamaq
– Ümumi zəiflik.
Əgər bu əlamətlər bir neçə aydır varsa, qadın süd vermirsə, mastit yoxdursa, yaşı xüsusən 40-ı keçibsə, yubanmadan onkoloji müayinədən keçməlidir.
Əsas müayinə üsulu:
– Onkoloqun əllə baxışı
– USM
– Mammoqrafiya
– Lazım gələrsə, MRT
– Analizlər
– Biopsiya.
Qadınlar 2 ildə bir dəfə süd vəzi üzrə skrininqdən keçməlidir.