Atlantik okeanının sularında “Titanik”in batdığı yerin yaxınlığında, itmiş sualtı “Titan”ın axtarışı zonasında naməlum qalıqlar aşkar edilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Tvitterdə məlumat yayıb.
“Dağıntıların olduğu ərazi “Titanik”in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər komandanlıq ilə birlikdə bu məlumatı araşdırırlar”, – məlumatda deyilir.