Okeanda elmə məlum olmayan 7 növ canlı tapıldı

Okeanda elmə məlum olmayan 7 növ canlı tapıldı

Sakit okeanın beş kilometr dərinlikdə canlıların yeni növləri aşkar edilib.

AzerTimes xəbər verir ki, bu barədə “ZooKey” məlumat yayıb.

Bildirilib ki, Londondakı Təbiət Tarixi Muzeyinin əməkdaşları uzaqdan idarə olunan sualtı maşından istifadə edərək Sakit okeanın dərinliklərində qəribə canlılar aşkar ediblər. Bütün nümunələr dəniz bioloqlarının işini çətinləşdirən dəniz dağlarının olduğu Klarion-Klipperton Zonası kimi tanınan ərazidən götürülüb. Sakit okeanın dərin bölgələrində canlılar, elm adamlarının vurğuladığı kimi, ən qəribə formaları ala bilər, üstəlik, bir çox tədqiq edilməmiş növlər hələ də burada gizlənir, buna görə də mütəxəssislər artıq yeni ekspedisiyalara hazırlaşırlar”, – məlumatda bildirilir.

Teqlər: