Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk əməliyyat olunub.
AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, o, kor bağırsağındakı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Klub 51 yaşlı mütəxəssisin durumunun yaxşı olduğunu açıqlayıb.