Okampodan Bakıya qarşı təxribata çağırış – Video

Okampodan Bakıya qarşı təxribata çağırış – Video

Hər zaman antiazərbaycan mövqeyi ilə seçilən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo ölkəmizə qarşı növbəti təxribatçı çağırış edib.

AzerTimes xəbər verir ki, Okampo öz X səhifəsində video yayımlayaraq, ermənilərə müraciət edib.

“Ermənilər ermənilər üçün mübarizə aparır. Onlar dözümlü xalqdır. Çox yaxşı bilirlər ki, mübarizə aparmağı dayandırdıqları gün məğlub olacaqlar. Mən çox qürur duyuram ki, onlara qoşulmaq üçün dəvət almışam”, – o bildirib.

Okampo erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırıb.

“Sən də bizə qoşul. Həştəqler “COP 29”, “Yaşıl soyqırımı dayandırın” (Stop greenwash genocide), “Erməni girovları azad et” (Free armenian hostages). İndi, bu gün!

Teqlər: