Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Ermənistan parlamenti fevralın 8-də Baş prokurorun vəsatətləri əsasında Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.
Qeyd edək ki, Ohanyan külli miqdarda vəsaiti mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.