“Ohanyan səddi”nin keçdiyi yol minalardan təmizlənir

“Ohanyan səddi”nin keçdiyi yol minalardan təmizlənir

Ermənistanın mifləşdirdiyi “Ohanyan səddi”nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Tərtər-Ağdərə yolu antiterror tədbirlərindən sonra azad edilən yaşayış məntəqələri istiqamətində olan yoldur:

“30 illik işğal müddətində bu yolda döyüş mövqeləri yerləşdirilib. Ermənistanın mifləşdirdiyi “Ohanyan səddi” bu yolun üzərindən keçirdi. Səddə tikanlı məftillər və tank əleyhinə kirpilər yerləşdirilib. Bu ərazilərdə kifayət qədər qarışıq minalar var. Həmçinin işğal dövründə separatçıların döyüş mövqeləri də burada yerləşib”.

A.Eyvazov bildirib ki, mövqelər separatçılardan təmizləndikdən sonra kommunikasiya xətləri istifadəyə verilib:

“Hazırda yol minalardan təmizlənib, nəqliyyatın hərəkəti üçün istifadəyə verilib, lakin, ərazi minadan tam təmizlənməyib. Bu ərazilərdə tank əleyhinə kirpilər və kənardan idarə olunan minalar da yerləşdirilib” .

Teqlər: