Oğuzda yük maşını ot bağlaması ilə birgə yandı

Oğuzda yük maşını ot bağlaması ilə birgə yandı

Oğuz rayonunun Zərrab kəndində “Zil” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,6 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: