Oğuzda traktorla avtomobil toqquşdu: ölən var

Oğuzda traktorla avtomobil toqquşdu: ölən var

Oğuz rayonunda avtomobil traktorla toqquşub, ölən var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: