Xəbər - Çingiz Səfərli – Trend:
Oğuz rayonu, Xaçmaz kəndində fəaliyyət göstərən “Zirvə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu abrədə AzerTimes-a Qida Təhlükəsizli Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Twitter:@cingizsafarli