Oğuzda bu yol bərbaddır: Nə İH baxır, nə bələdiyyə… – Video

Oğuzda bu yol bərbaddır: Nə İH baxır, nə bələdiyyə… – Video

Oğuz rayonunun Xaçmaz kəndində yollar bərbad vəziyyətdədir.

Bu barədə AzerTimes-a kənd sakinləri məlumat veriblər.

Şikayət daha çox kəndin aşağısında “Seyidlər yolu” kimi tanınan ərazidəndir.

Kənd sakinlərinin sözlərinə görə, illərdir bərbad vəziyyətdə olan yolla nə rayon İcra Hakimiyyəti, nə İH-nin kənd üzrə nümayəndəliyi, nə də bələdiyyə maraqlanır.

Şəhid Zülfüqar Abışov adına orta məktəbə aparan həmin yol tam yararsız vəziyyətdədir. Bildirilib ki, yolu hətta piyada da getmək çətinlik yaradır. Bu isə həmin məktəbdə təhsil alan şagirdlərin davamiyyətinə ciddi təsir edib. Demək olar ki, çox şagird artıq məkdəbdən çıxıb. Hətta bildirilib ki, ötən tədris ilində birinci sinfə cəmi 3 uşaq gedib. Bu səbəbdən də məktəb artıq bağlanmaq üzrədir.

Sözügedən yolun bərbad halda olması həm də kənd sakinlərinin təsərrüfat işləri ilə məşğul olmasına ciddi təsir edir. Hazırda həmin yolun üzərində yaşayan sakinlər öz taxılını evinə gətirə bilmir.

Teqlər: