Oğuzda bu kəndin yolları bərbad vəziyyətdədir – Foto

Oğuzda bu kəndin yolları bərbad vəziyyətdədir – Foto

Oğuz rayonunun Xaçmaz kəndinin daxili yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə​ yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, Xaçmaz kəndinin daxili yolları bu günə qədər təmir olunmayıb. Məhz buna görə də kənd yolu sakinlərin gediş-gəlişində böyük problemə çevrilib. Onlar bildiriblər ki, yolda həm nəqliyyat vasitəsilə, həm də piyada gediş-gəlişlərdə böyük çətinlik yaşanır. Yağış yağanda isə əsas yola çıxış mümkünsüz olur. Buna görə də payız və qış aylarında kəndə giriş-çıxış müşkülə çevrilir.

Xaçmaz kənd bələdiyyəsindən bildirilib ki, kəndin ümumi sahəsi 654 hektar, kənddaxili yolların uzunluğu isə 300 km-dən artıqdır.

Qeyd olunub ki, kənd yollarının 80-85 faizi yararsız haldadır:

“Təmir işləri bəzi hallarda bələdiyyə, əksər hallarda isə kənd sakinlərinin şəxsi vəsaiti hesabına həyata keçirilir. Görülən işlər də müvəqqəti xarakter daşıyır. Çünki yağış suları təmir olunan hissələri yenidən yuyub aparır”.

Teqlər: