Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş–xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Teqlər: