FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dünən – avqustun 28-ində Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.
Yanğın saat 20:53-də söndürülüb.
Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.