Oğurluq edən qardaşların üzərindən narkotik də aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Y.Babayevə məxsus rayonunun Xarxatan kəndində yerləşən yaşayış evindən 4890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdrmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C.Hüseynov və qardaşı R.Hüseynov olduqları müəyyən edilib. Saxlanılarkən hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır